Gündə 5 dənə badam yemək o problemi aradan qaldırır

Hit: 1024
Gündə 5 dənə badam yemək o problemi aradan qaldırır

Zülal, dəmir və kalsium cəhətdən zəngin olan badamın faydaları saymaqla bitmir. Tərkibində yüksək nisbətdə yağ olan badam normada yeyildikdə sağlamlığa faydalıdır.

Faktor.az lent.az-a istinadən badamın bəlkə də çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir.

- Hamilə qadınların südünü artırır və körpənin inkişafına kömək olur.
 
- Tərkibində olan yağlar çəki azaltmağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəbdən də ara paylarda 10-15 ədəd badam yemək olar. Çiy, duzsuz və qovrulmamış badama üstünlük versəniz, daha çox faydasını görərsiniz.
 
- Badam bədən və zehnin yorğunluğunu aradan qaldırır, böyrək, sidik kisəsində iltihabı yox edir.
 
- Öd daşlarının yaranmasına mane olur.
 
- Tərkibində olan yağ turşuları və fermentlər ürək-damar xəstəliklərindən qoruyur.
 
- Yaxşı və pis xolesterolun tarazlanması üçün badam olduqca faydalıdır.
 
- Pis xolesterolun yaratdığı xəstəliklərə tutulma ehtimalını azaldır.
 
- Fosfor sümük sağlamlığının qorunmasında əhəmiyyətli təsirə malikdir. Yaşlandıqca  artan sümük ağrılarının qarşısının alınması və dişlərin dayanıqlılığının artırılması üçün mütləq gündəlik olaraq badam yeyilməlidir.
 
- E vitamini baxımından zəngin olan badam antioksidant ehtiva etdiyi üçün ürək sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur. Tərkibində maqnezium, fol turşusu olması ürək xəstəliklərindən də qoruyur və arteriyalarda ləkə meydana gəlməsinə mane olur.
 
- Qələvi baxımından zəngin olan badam immunitet sisteminin güclənməsini təmin edir.
 
- Bədənə daxil olan qeyri-sağlam maddələrin atılmasını təmin edən qələvi tərkibi sayəsində bədəni mümkün xəstəliklərdən qoruyur.
 
- Badam yağı və badam südü dərinin təravətli qalması üçün əhəmiyyətli rol oynayır. Bir çox nəmləndirici və təmizlik məhsullarında istifadə edilən badam gündəlik də yeyildikdə dəri sağlamlığını qoruyur.
 
- Kalium tərkibi sayəsində qan təzyiqini tənzimləyir.
 
- Riboflavin, manqan və mis ehtiva edən badam enerjinin artmasını təmin edərək insanın aktiv olmasına dəstək verir.
 
- Pəhriz lifi baxımından zəngin olan badam sütun xərçənginin meydana gəlməsinin qarşısını alır.
 
- Yeməklərdən sonra yeyilən badam insulin və qlükozanın artmasına mane olur.
 
- Badam yemək şəkər səviyyəsini də nizamlayır.
 
- Lif baxımından zəngin olan badam qəbizliyin aradan qaldırılmasında təsirli qidadır. Araşdırmalara görə, gündə 5 dənə badam yemək qəbizliyin aradan qaldırılması üçün kifayətdir.









Redaktorun seçimi