Döş xərçəngindən qorunmanın yolu...

Hit: 755
Döş xərçəngindən qorunmanın yolu...

Sızma zeytunyağında xərçəng əleyhinə kimyəvi maddələrin olduğunu müəyyən edən İspaniyalı tədqiqatçılar, bu maddələrin döş xərçənginə tutulma riskini azaltdığını bildiriblər.

Faktor.az big.az-a istinadən bildirir ki, temperaturdan və digər kimyəvi maddələrdən istifadə etmədən yalnız zeytunun əzilməsiylə əldə edilən sızma zeytunyağı təbii, bitki tərkibli kimyəvi maddələrdən ibarətdir. Tədqiqatçılar bu üsulla əldə edilən zeytunyağını laboratoryada döş xərçəngi hüceyrələrinə qarşı tətbiq edərək müsbət nəticələr əldə ediblər. Bitki mənşəli kimyəvi maddə olan polifenoldan (bitki mənşəli antioksidan) ibarət olan bu yağın döş xərçəngini əmələ gətirən HER2 geninin inkişafına mane olduğu məlum olub.

BMC Xərçəng jurnalının son sayında nəşr olunan araşdırmada, Catalan Onkoloji İnstitutunun professoru Javier Menendez, zeytunyağı ilə zəngin olan Aralıq dənizi ölkələrinə məxsus qidaların ürək xəstəliyi və yaşlanmağa qarşı qoruyucu təsirinin olduğunu söyləyib.

Tədqiqatçılar, bu bitki mənşəli antioksidanlardan döş xərçəngi əleyhinə dərmanların hazırlanmasınmda istifadə ediləcəyini bildirib.









Redaktorun seçimi