2 stəkan suyun içinə qatın və ...

Hit: 811
2 stəkan suyun içinə qatın və ...

Dərman atmağa meyli olmayan insanlara baş ağrının qarşısını almaq üçün təbii üsulllardan istifadə etməyi tövsiyə edirik.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, hansı səbəbdən yaranmasından asılı olmayaraq, baş ağrısını bu bitkilərlə aradan qaldıra bilərsiniz.

Nanə. Bir neçə damla nanə yağı ilə bir neçə damla kokos yağını qarışdırıb alnınıza sürtün.

Pişikotu. Yuxusuzluğa qarşı da istifadə olunan pişikotunun rahatlaşdırıcı bir təsiri mövcuddur. Eyni zamanda miqren qarşı yaxşı təsir etməsi də məlumdur.

Lavanda. Lavandanın quru yarpaqları və çiçəklərindən torbalar hazırlayıb alnınıza qoya bilər və ya lavanda duşu qəbul edib baş ağrısını yüngülləşdirə bilərsiniz. 2-3 stəkan qaynar suya 2-3 damla lavanda yağı damcıladıb, buxarı daxilinizə çəkə bilər və ya alnınıza sürtə bilərsiniz.

Keşniş toxumu. 2 stəkan qaynar suya 1 çay qaşığı əzilmiş keşniş toxumu əlavə edin, 10 dəqiqə dəmləyin və için.

Çoxillik qızçiçəyi. Xroniki migren ağrısı olanlar quru qızçiçəyi kapsulalarını ala bilərlər.

Adaçayı. Səbəbi nə olursa olsun adaçayı baş ağrısını rahatlatmaqla tanınır.

Biyan kökü. Bəzi şəxslərdə baş ağrısını yüngülləşdirsə də, əksər insanlar üçün ideal bir dərmandır.









Redaktorun seçimi