Gün ərzində 10 saat oturmaq 8 il qocaldır

Hit: 466
Gün ərzində 10 saat oturmaq 8 il qocaldır

Əvvəllər gündə 6 saat oturan qadınların üç saat oturanlara görə 10% daha çox xərçəngə meylli olduğunu bilirdik. Amma yeni araşdırmalar işin ciddiliyini bir az daha qabardır. Gündə 10 saat oturan və həftəlik 150 dəqiqə aerobika hәrәkәtlәrini yerinə yetirməyənlər, bioloji olaraq 8 il daha yaşlanmaqdadır. Gerçək yaşımız ilə bioloji yaşımız hər zaman eyni nisbətdə irəliləməzlər. Bəzən daha yaşlı, bəzən daha gənc bir bədənə sahib ola bilərik. Aparılan araşdırmalar, hərəkətsiz həyatın əslində genləri yaşlandırdığını göstərmişdir.
 
Gənc və enerjimiz yerində ikən başlayacağımız məşq bizi yalnız sağlam deyil, gənc də tutacaq. Maşında, iş yerində, masa başında, televiziya və ekran qarşısında keçirdiyimiz zamana baxdığımızda, 24 saatın 7 saatını yataraq keçirdiyimizi düşünsək, geriyə qalan 17 saatın yalnız 1-2 saatını ayaqlarımız üstündə keçiririk. Bunun da nə qədərində ürəyimizin ritmi dəyişir, mübahisəlidir. Yetkin və gənc fərdlərin gündə ən az 10 saat sabit mövqedə qaldığı məlumatı olduqca ciddi məsələdir. Mütəxəssislər uzun müddət oturmağı siqaret təhlükəsinә oxşadırlar.









Redaktorun seçimi