Bakirə nikah – virqoqamiya

Hit: 869
Bakirə nikah – virqoqamiya

Bakirə nikah, nikahın baş verməsinə baxmayaraq qadının ərini cinsi yaxınlığa qoymamasıdır.
Patologiyanın 3 forması vardır:
1. Fobik forma - ağrılı deflorasiya (qızlıq pərdəsinin yırtılması) və ya koitus (cinsi əlaqə) qarşısında beyində yaranmış qorxu ilə xarakterizə olunur. Faktor.az immunitet.az-a istinadən bildirir ki, o, bəzi hallarda vaginizm ilə müştərək olur.
2. İqnorakt forma - ərlə arvadın təcrübəsizliyi, məlumatsızlığı, genital üzvlərin topoqrafiyası haqqında lazimi məlumata malik olmamaları səbəbindən baş verir.
3. İmpotent forma - kişidə cinsi funksiyanın pozulması ilə əlaqədardır. Bu, ərdə cinsi zəiflik olduğu zaman arvadı ilə cinsi əlaqəyə girə bilmədiyi zaman baş verən patologiyadır.
Bu patologiyanı aradan qaldırmaq üçün sekspatoloqlarla, psixoterapevtin birlikdə çalışması lazımdır.









Redaktorun seçimi