Tərkibini bilmədən yediyimiz 5 QİDA: Ölümə aparan SƏBƏB

Hit: 1535
Tərkibini bilmədən yediyimiz 5 QİDA: Ölümə aparan SƏBƏB

Hər gün yediyimiz qidaların tərkibinə yalnız məhsulun üzərində yazıldığı maddələr qatılmır. O məhsullara bu qidanın tərkibində yer aldığı əks etdirilən maddələrdən başqa qatqılar da vurulur. Yəni siz cips yeyərkən, əslində, saf kartof və duz qəbul etdiyinizi düşünürsüzsə, yanılırsız.

Çünki bazardakı bir çox yemək və içkilərə qoruyucu, dadlandırıcı, rəng verici kimi köməkçi vasitələr qatılır. Lakin bunların bir çoxu həmin məhsulların üzərində qeyd edilmir. Ona görə də, əslində, nə yediyimizi ya bilmir, ya da aldadılırıq.

Milli.Az Faktor.az-a istinadən tərkibini bilmədən yediyimiz 5 qidanı təqdim edir:

Pringles

Pringles paketini açıb içindəki cipsin necə səliqəli kəsildiyini görürük. Əslində bu cips birbaşa kartofdan əldə edilmir. Hətta demək olar ki, ümumiyyətlə, kartofdan hazırlanmır. Bir çox maddə əvvəl toz halına gətirilir, sonra xəmir şəklinə salınıb eyni ölçüdə dilimlənir. Pringlesin hazırlanmasında isə yalnız 42% nisbətində kartofdan istifadə edilir. Qalan qismi qarğıdalı, taxıl və digər maddələrdən ibarətdir. Paketin üzərində dəqiq olaraq kartof miqdarı yazılmır və qanuni zərurətdən ötəri paketdə kartof cipsi ifadəsi belə yoxdur.

Marqarin

Marqarin kərə yağına bir alternativ olaraq qəbul edilir. Uyğun qiyməti səbəbilə hər kəsin istifadə etdiyi yağdır. Lakin marqarinin içindəki trans yağlar insan sağlamlığını ciddi dərəcədə zərər verir. Bir çoxunun üzərində "trans yağ ehtiva etməz" yazsa da, mütəxəssislər bunun yalan olduğunu bildirir.

Qazlı içkilər

Kola, limonad kimi qazlı içkilərin insan sağlamlığına ciddi ziyan vurmasıdan hər kəs halidir. Bu içkilərin tərkibindəki şəkər miqdarları insan bədəni üçün təhlükəlidir. Sağlamlığı təhdid edən bu içkilər, bazarda "Light", "Zero" kimi fərqli adlarla satılıb şəkərsiz olduğu deyilsə də, əslində bu, belə deyil. Çünki bu məhsullara da dadlandırıcı qatılır. Bu dadlandırıcılar şəkərdən daha zərərsiz olsa da bədən tərəfindən yenə şəkər olaraq qəbul edilib kilo almağa səbəb ola bilər. Buna görə pəhrizdə olan insanların "Light" kolaya yönəlməsi çox faydalı olmayacaq. Çünki iki içki arasında heç bir fərq yoxdur.

Kolbasa, sosiska

Marketlərdə satışda olan bu ət məhsulları yalnız ətdən hazırlanmır. Bu qidalar rəf ömürləri üçün rəngləri, dadları, ümumiyyətlə, bir çox xarici maddələri tərkibində saxlayır. Həmin qidaların içərisində ətdən başqa az qala hər şey var, desək, çox da şişirtmiş olmarıq.

Holland pendiri

Sevərək istifadə etdiyimiz pendir növlərindən olan holland pendiri hər firma tərəfindən süddən hazırlanmır. Normal olaraq bir pendirin ancaq süddən hazırlanması lazımdır. Lakin bəzi firmalar holland pendirini, tarixi keçmiş, marketlərdə çox qalmış, satılmamış digər pendirləri əridərək emal edirlər. İstehsalçıların istifadə olunmayan pendirləri əridib, zərdab və yağlarla qarışdıraraq holland pendiri əldə etməsi insan sağlamlığı üçün risklidir. Mütəxəssislər xərçəng kimi bir çox xəstəliyə səbəb ola bilən bu məhsulları alarkən diqqətin vacib olduğunu ifadə edir.









Redaktorun seçimi