Qızlar niyə ayaqyolunda selfie çəkdirir? - FOTOLAR

2752 dəfə oxunub
Qızlar niyə ayaqyolunda selfie çəkdirir? - FOTOLAR

Cənazə mərasimindən ayaqyoluna qədər hər yerdə, hər zaman, hər şəkildə selfie sevdası davam etməkdədir. Psixoloqlar selfienin bir ruhi xəstəlik olduğunu açıqladı.

Işin ən maraqlı tərəfi, ayaqyolu artıq qadınlar qızlar tərəfindən şəkil çəkdirmək üçün ideal məkana çevrilib. Görəsən niyə? Qızlar nə üçün ayaqyolunda şəkil çəkdirir?
Ayaqyolu mədəniyyətindən nəsibini almamış gənclərin ayaqyolunda çəkdikləri selfieləri bir də sosial şəbəkələrdə paylaşması insana "daha nələr” dedirtsə də artıq alışdığımız duruma çevrilib. Qarşısıalınmaz axına çevrilən bu davranışın psixoloji bir problem olduğunu bildirən psixoloqlar ”şəkilinizi çəkməmişdən öncə iki dəfə düşünməniz lazım” olduğunu bildirir. 



Amerika Psixiatriya Birliyi elm adamları selfi çəkdirmənin hələ ki müalicəsi tapılmayan bir xəstəlik olduğu ilə yanaşı bu xəstəliyin üç mərhələdən ibarət olduğunu açıqlayıb:

"Selfie, özünə hörmət yoxluğunu kompensasiya etmək üçün davamlı özçəkim edib sosial şəbəkələrdə paylaşma istəyi duyulan odsesif-kompulsif psixoloji bir pozuqluqdur”.

Ayaqyolunda tək, üç-beş nəfərin birlikdə çəkilən fotolarını müşahidə edərkən artıq selfienin qadınlarda özünəxas xüsusiyyətlərini açıqlamaq olur.

Dodaqlarını büzmək, gözlərini dəbərtmək, dil çıxarmaq və bu kimi bir sıra anormal davranışlar sərgilənməsi psixoloqların açıqlamalarını təsdiqləyir.

Qadınların özü isə nə üçün ayaqyolunda selfie etmələrini belə izah edirlər: "Ayayolunda olan güzgülər kifayət qədər böyük olduğu üçün bədəni tam şəkildə nümayiş etdirməyə imkan verir”.

Daha maraqlısı da odur ki, onlar bunu həm də məkanın işıqlamnasının daha yaxşı olduğunu və işıqlar altında simanın bərq vurduğunu deyiblər.

//Faktor.az

1
1
1


loading...
loading...

Redaktorun seçimi