İtburnu çayının faydaları

Hit: 1016
İtburnu çayının faydaları

Antioksidant faydası: İtburnu çayı, antioksidant xüsusiyyəti əhatə etməsi sayəsində bədəndən toksinlərin atılmasını təmin edir. Eyni zamanda bədən müqavimətini artırır və immuniteti də gücləndirir. Soyuqdəymə üçün də çox fayda verən itburnu çayı, xərçəng riskini də azaldır.

Mədə sağlamlığı üçün faydası: İtburnu çayı, mədə xəstəliklərinә yaxşılaşdırma və sakitləşdirmə təsirini göstərir. Xüsusilə mədə spazması, xora və mədə ağrılarından xilas olmaq üçün çox təsirlidir.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, ağır bir yeməkdən sonra itburnu çayı içmәk təklif edilir.
 
Qan hüceyrələrinә faydası: Daşıdığı minerallar sayəsində qan hüceyrələrinin artırılması adına itburnu çayı çox faydalıdır. Xüsusilə qış mövsümündə bol-bol istehlak olunmalıdır.
Böyrək sağlamlığına faydası: Antioksidant xüsusiyyəti sayəsində itburnu çayı böyrəkləri zərərli maddələrdən qoruyur. Daş əmələ gəlməsini də əngəlləyir.
 
Şəkər xəstələrinә faydası: Qan şəkər miqdarının tarazlanması üçün itburnu çayı bir çox mütəxəssis tərəfindən şəkər xəstələrinə təklif edilir.
 
Arıqlamaq üçün faydası: Uzun müddət tox tutan təsirindən əlavə, yeməkləri daha ləzzətli hala gətirmək üçün itburnu çayı əla seçimdir. Həmçinin idman ərəfəsində enerji verməsi baxımından da itburnu çayı içilә edilə bilər.
 
Tənəffüs yollarına faydası: Xüsusən uşaqlarda öskürəyi kəsmək və tənəffüs yollarını sakitləşdirmək üçün C vitamini daşıdığı üçün çox fayda verir.









Redaktorun seçimi