Ev qatığının sağlamlığa olan inanılmaz faydaları

Hit: 765
Ev qatığının sağlamlığa olan inanılmaz faydaları

1. Bağırsaq sağlamlığını qoruyur:

Qatqı maddəsindən uzaq evdə hazırlanan təbii qatıqlar, hazır qatıqlara görə daha yüksək miqdarda probiotikə malikdir. Bu bakteriyalar isə, bağırsaq hərəkətlərini tənzimləyir. Bu sayədə qəbizlik, mədə pozğunluğu kimi çətinliklərin qarşısını alır.

2. Təzyiqi tənzimləyir:

Faktor.az deyerler.org-a istinadən bildirir ki,  Amerika Ürək Fondunun apardığı və 15 il davam edən bir araşdırmada nizamlı qatıq istehlak etmənin yüksək təzyiq riskini azaltdığı və hər gün bir kasa qatıq yeyən insanların yüksək təzyiqlərinin normal səviyyədə olduğu bildirilib. Qatığın verdiyi bu təsirin, daşıdığı faydalı bakteriyalar sayəsində olduğu güman edilir.

3.Dəri xəstəliklərinə qarşı qoruyur:

Elmi işlər qatığın, daşıdığı faydalı bakteriyalar sayəsində dəridə yaranan sızanaq və qızartılara qarşı yaxşı təsir etdiyini göstərir.

4. Şirniyyat istəyinin qarşısını alır:

Bir kasa qatıq istehlak edərək şirniyyat istəyinizin qarşısını ala bilərsiniz.

Bir kasa qatıq zülal, karbohidrat və yağ miqdarını balanslı bir şəkildə daşıdığı üçün qanda şəkər miqdarının tarazlanmasını təmin edir. Sağlam qidalanmağın təməl daşlarından biri də qanda şəkərin düzgün miqdarda olmasını təmin etməkdir.

5. Diş və sümük sağlamlığını dəstəkləyir:

Daşıdığı kalsium sayəsində uşaqlarda diş və sümük əmələ gəlməsini dəstəkləyən qatıq, yeniyetmələrdə də, xüsusilə yaşın artdığı vaxtda yaranan osteoporoz kimi xəstəliklərin qarşısını alır. Bu səbəbdən də, hər gün süd və qatıq qəbul etmək vacibdir.









Redaktorun seçimi