Bu qarışımını için, öskürək və bronxitiniz sağalsın

Hit: 395
Bu qarışımını için, öskürək və bronxitiniz sağalsın

Əzilmiş banan və balı suya qarşdırıb içməklə öskürək və bronxitdən xilas olmaq mümkündür.

Xroniki öskürək və bronxit insanlar üçün həmişə problem sayılır. Uzun illərdir ki, xalq təbabətində müxtəlif təbii vasitələrlə bu xəstəliklərin qarşısı alınır. Belə vasitələrdən biri də balla banandır. Qarışım aşağıdakı kimi hazırlanır.

Lazım olanlar:

- 400 qram qaynar su

- 2 ortaboy banan

- 2 xörək qaşığı bal.

Hazırlanması:

Faktor.az immunitet.az-a istinadən bildirir ki, banan təmizlənir, taxta qaşıqla əzilir. Sonra üzərinə qaynar su əlavə edilib 30 dəqiqə saxlanılır. Qarışım soyuduqdan sonra bal əlavə edilir.

Qarışımdan gündə 4 dəfə, hər dəfə 100 ml qəbul edilir. Bir dəfə hazırlanan qarışım bir günlük dozadır. Müalicə 5 gün aparıldıqdan sonra qarışımın öskürəyə və bronxitə olan faydası hiss edilir.









Redaktorun seçimi