Havanın insan səhhətinə təsiri

233 dəfə oxunub
Havanın insan səhhətinə təsiri

Alimlər havanın insan orqanizminə birbaşa təsiri olduğunu söyləyirlər. Xüsusən də xroniki xəstələr üçün havanın necə olacağını bilmək daha vacibdir. Çünki rütubətli və nəm hava xroniki xəstələrin ağrılarını artırır.

Faktor.az immunitet.az-a istinadən bildirir ki, ingilis alimləri on minlərlə könüllülərdən ibarət eksperiment keçirib. Alimlər eksperimentdə iştirak edənlərin smartfonuna xüsusi proqram yükləyib, xroniki xəstələrlə aktiv əlaqədə olaraq onların səhhəti ilə maraqlanırdılar. Eksperimentdə iştirak edənlər öz sağlamlıqları və orqanizmlərində baş verən patoloji hallar barədə hər gün həkimləri məlumatlandırmış və bəzi qərarlar qəbul ediblər. Eksperiment yarım il boyu davam etdirilmiş və nəticələr smartfona qeyd edilərək həkimlərə göndərilib.

Nəticələri yoxlayan mütəxəssislər isti günlərdə insanların özlərini gümrah, yağışlı və rütubətli havalarda isə narahat hiss etdiklərini öyrəniblər. Belə ki, yağışlı və rütubətli havada insanların əksəriyyəti ağrılardan şikayət edib.
Eksperimentin nəticələrinə əsaslanaraq mütəxəssislər belə bir çıxış ediblər:
" Biz havanın insan orqanizminə təsir etdiyini bilirdik. Amma istərdik ki, insanlar canları ağrıyan zaman əmin olsunlar ki, bu heç də onların səhhəti ilə bağlı deyil. Qoy onlar bunun səbəbini bilsinlər və sağlamlıqlarına əmin olsunlar. Havanın nə cür olmağından asılı olmasına baxmayaraq öz əhval-ruhiyyələrini yüksək tutsunlar".


loading...
loading...

Redaktorun seçimi