Koronavirusun 50 mutasiyasını keçirən hollandiyalı təqaüdçü dünyasını dəyişib

Hit: 195
Koronavirusun 50 mutasiyasını keçirən hollandiyalı təqaüdçü dünyasını dəyişib
Hollandiyada zəifləmiş immunitet sistemi səbəbindən 613 gün ərzində koronavirusa yoluxmuş bir xəstəni xilas edə bilmədilər. Bu müddət ərzində patogen onun bədənində təxminən 50 dəfə mutasiya etməyi bacarıb.
 
Bu barədə Almaniyanın “Bild” nəşri hollandiyalı həkimlərin gələn həftə Barselonada keçiriləcək elmi konqresdə təqdim etmək niyyətində olduqları araşdırmaya istinadən yazıb. 72 yaşlı hollandiyalı kişinin peyvənd olunmasına baxmayaraq, 2022-ci ilin fevralında Omicron BA.1.17 ştammı variantına yoluxduğu və 2023-cü ilin payızında öldüyü bildirilir.
 
Xəstənin bədəni COVID-ə qarşı antikorlarla müalicəyə reaksiya verməyib. Cəmi 21 gün ərzində xəstənin müşahidəsi zamanı patogen təxminən əlli dəfə mutasiyaya uğrayıb.
 
Müalicənin səmərəsizliyi xəstənin immun sisteminin zəifliyi ilə izah olunur: o, sümük iliyi xəstəliyindən əziyyət çəkirmiş, sonra leykemiya inkişaf etməyə başlayıb. Bu hallarda immunosupressiv (immuniteti azaldan) dərmanlar olmadan müalicə mümkün deyil.
 
Qeyd edilir ki, COVID-in uzun sürməsi ilə virus ağciyərlərdən digər orqanlara nüfuz edə bilər, təsadüfi mutasiyalar vasitəsilə antikorlara davamlı ştammların inkişafı üçün daha çox “imkanlar qazanır”. Bununla əlaqədar olaraq, tədqiqat müəllifləri yeni epidemiyaların inkişaf riski səbəbindən immuniteti azalmış və davamlı infeksiyaları olan xəstələrdə COVID-19-un gedişatının ən diqqətli monitorinqini tələb edirlər.
 
 “İki sahil”








Redaktorun seçimi