E-saglam.az portalı 3 yaşını qeyd edir

Hit: 193
E-saglam.az portalı 3 yaşını qeyd edir

E-saglam.az xəbər portalının fəaliyyətə başlamasından 3 il ötür.

E-saglam.az tibbi xəbərlər portalı 2021-ci ilin 20 aprel tarixində fəaliyyətə başlayıb.
 
Portalın məqsədi oxucuları səhiyyə və tibbi istiqamətdə operativ məlumatlarla təmin etməkdir.
 
Oxucular saytda gündəlik səhiyyə ilə bağlı xəbərlər, müxtəlif xəstəliklərlə bağlı və faydalı məlumatlar, düzgün qidalanma, həkim məsləhətləri, həkimlərlə müsahibələr, tibbi vakansiyalar, tibb sahəsində peşəkar mütəxəssislərin fəaliyyəti və s. ilə tanış ola bilərlər.
 
E-saglam.az ötən müddət ərzində ölkədə etimad və istinad edilən, seçilən səhiyyə və tibbi xəbərlər portalı olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya səhiyyəsində baş verən məlumatları oxumaq üçün E-saglam.az-ı ziyarət edir.








Redaktorun seçimi