Yeni Klinikada subtotal qastrektomiya əməliyyatı olunan yaşlı pasiyent evə yazılıb

Hit: 361
Yeni Klinikada subtotal qastrektomiya əməliyyatı olunan yaşlı pasiyent evə yazılıb
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada subtotal qastrektomiya əməliyyatı olunan 86 yaşlı kişi xəstə evə yazılıb.
 
Şiddətli ağrı, qidalanma pozğunluğu, qusma və son 2 ayda çəki itirilməsi şikayətləri ilə tibb müəssiəsinə müraciət edən xəstəyə müayinə olunduqdan sonra mədə törəməsi diaqnozu qoyulub.
 
Ümumi cərrah Uzm.Dr. Vaqif Qurbanov və komandası tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində uğurla icra olunan əməliyyatdan 1 həftə sonra xəstə ambulator müalicə üçün evə yazılıb.








Redaktorun seçimi