Qlomerulonefritin formalarına görə böyrək iltihabının əlamətləri

Hit: 231
Qlomerulonefritin formalarına görə böyrək iltihabının əlamətləri
Nərimanov Tibb Mərkəzinin peşəkar həkimlərindən biri, insanların sağlamlığının keşiyində ləyaqətlə duran ixtisaslı və təcrübəli həkim-nefroloq Nailə xanım Bağırovanın böyrək iltihabı mövzusunda dəyərli məlumatlarını hər kəsin faydalana bilməsi üçün sizlərlə bölüşürük.

Buyurub oxuya, paylaşa və faydalana bilərsiniz.
Böyrəyin sərbəst iltihabi xəstəliklərinə qlomerulonefrit və pielonefrit aiddir. Bundan başqa, iltihab digər nefroloji xəstəliklərin (abses, kista) ağırlaşmasına səbəb ola bilər. Xəstədə xroniki proses olduqda, qlomerulonefrit və pielonefrit kimi böyrək iltihabının əlamətləri bir-birinə çox bənzədiyindən diaqnostika və müalicədə çətinliklər törədir.
Qlomerulonefrit – qanın filtrasiya sistemini pozan iltihabi immun xəstəlikdir.

Bu xəstəlikdən ən çox 20-40 yaşarası kişilər əziyyət çəkir. Patologiya 90% hallarda keçirilmiş kəskin respirator xəstəliklərdən (tonzilit, angina, qrip, pnevmoniya və s.) 6-10 gün sonra inkişaf edir.
 
Xəstəlik, bütün hallarda, hər iki böyrəyi zədələyir. Bir qayda olaraq, ifrazat sisteminin patologiyası ilə əlaqəsi olmayan xəstəlik kimi maskalanır. Belə hallarda, pasiyentlər böyrək ağrısından şikayət etmirlər.
 
Qlomerulonefritin formalarına görə böyrək iltihabının əlamətləri:
 
Hipertenziv forma -  Xəstələrin 20%-də davamlı hipertoniya şəklində təzahür edir. Ödem yüngül dərəcəli olur və ya ümumiyyətlə müşahidə edilmir. Sidikdə silindrlər və zülal aşkarlanır.
 
Nefrotik forma - Böyrək iltihabının əlamətləri bəlli dərəcədə ödem və sidiklə zülalın itməsi, qarın və plevral boşluqlarda maye (assit və hidrotoraks), səhərlər gözaltı şişkinliklə təzahür edir.
 
Qarışıq forma - Yuxarıdakı 2 formanın müxtəlif kombinasiyalarda əlamətləri ilə özünü biruzə olur. Sidikdə dəyişiklik mütləqdir. Bu forma üçün sürətli inkişaf xarakterikdir.
Latent (gizli) formaya daha çox rast gəlinir. Uzun müddət simptomsuz keçir, dəyişikliklər ancaq sidiklə aşkarlanır. Zamanla yuxarıda sadalanan formalardan birinə çevrilir.
Pielonefritdə böyrəyin kasa-ləyən sistemi və kanalcıqları zədələnir.    Böyrək daşı xəstəliyi, böyrək soyuqlaması, orqanizmdəki xroniki iltihabi proseslər xəstəliyin inkişafına şərait yaradır.Kəskin pielonefrit hər zaman ağrı ilə müşayiət edilir. Xəstəlik iki və ya birtərəfli ola bilər. Bir qayda olaraq kəskin pielonefrit bir böyrəyi zədələyir. Sidik ifrazında pozulmalar və sidikdə dəyişikliklər (ərplər, qan, çöküntü və.s) əmələ gəlir. Diaqnoz üçün sidiyin analizi və uroloji ultrasəs müayinəsi zəruridir.
Sağlam qalmağınız diləyilə!








Redaktorun seçimi