Gömrük Hospitalında Perfuzion MRT müayinəsi tətbiq olunur

Hit: 1325
Gömrük Hospitalında Perfuzion MRT müayinəsi tətbiq olunur

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində Perfuzion MRT müayinəsi tətbiq olunur. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov Perfuzion MRT müayinəsi barədə ətraflı məlumat verib.

Perfuzion MRT-   beyin qan axınını ölçmək üçün istifadə edilən ən qabaqcıl və ən yeni radiolojik görüntüləmə metodudur. Bu müayinə metod  tıxanmış beyin damarlarını açmaq üçün müalicəyə ehtiyacı olan insult xəstələrinin diaqnostikasında mühüm rol oynayır. Bundan əlavə, Perfuzion MRT görüntüləmələrində beyin şişlərinin dərəcəsini və xərçəng xəstələrində kimyaterapiya və radioterapiya müalicələrindən sonra təkrarlanma ehtimalını araşdırmaq üçün həyata keçirilən ən vacib görüntüləmə üsullarından biridir. Beyində qan axınının səviyyəsini təyin etmək və eyni zamanda qan-damar strukturlarını araşdırmaq üçün istifadə olunan bir metoddur.
Perfuzion MRT damar daxili kontrast maddənin verilərək çəkilən çox asan və praktik görüntüləmə üsüludur. Kontrast maddə damarlarda sürətlə irəlilədikcə lazım olan görüntülər dərhal kompüterlərdə əks olunmağa başlayır. Bu üsul vasitəsi ilə beyinə gedən qanın axım sürəti və həcmi hesablanır və görüntülər əldə edilir.

Əldə edilən görüntülər xüsusi kompüter proqramı ilə təkrar işlənilir, radioloq həkim tərəfindən ortaya çıxan görüntülər araşdırılır, erkən diaqnoz və ya müalicə üsulları tapılır. Perfuzion MRT qısa müddətli bir prosedur olub, çox sürətli və praktik görüntülər əldə edilir. Bu müayinə zamanı xəstə heç bir ağrı hiss etmir.

Perfuzion MRT xüsusi çəkiliş olduğu üçün təcrübəli mütəxəssis tərəfindən tam təşəkküllü səhiyyə müəssisələrində çəkilməlidir. Xəstəliklərin diaqnostikası və müalicəsinin başlanması üçün vacib olduğundan görüntülər aydın şəkildə alınmalıdır. Keyfiyyətli cihazlarla yaxşı görüntülər alınacağı üçün təcrübəli mütəxəssislərin istifadə etdiyi cihazlara üstünlük verilməlidir.

Bu gün inkişaf edən texnologiya ilə Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsi müasir cihazlardan istifadə edərək keyfiyyətli xidmət göstərmək və tibbin ən qabaqcıl yeniliklərini tətbiq etmək üçün çalışır.









Redaktorun seçimi