Dr.İsmayıl Əfəndiyevin “İranian Journal of Public Health” jurnalında məqaləsi dərc olunub

Hit: 875
Dr.İsmayıl Əfəndiyevin “İranian Journal of Public Health” jurnalında məqaləsi dərc olunub
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin “Scopus web of Science” siyahısına daxil olan nüfuzlu “İranian Journal of Public Health” jurnalında məqaləsi dərc olunub. 
 
Məqalədə Xəzər dənizində aparılan beynəlxalq yükdaşımalarda kimyəvi təhlükəsizlik normalarına riayət edilməsi, dənizdə çalışan gəmiçilərin sağlamlıqlarının qorunması, peşə zəhərlənmələrinin profilaktikası barədə söhbət açılıb. 
 
Həmçinin, İsmayıl Əfəndiyev 2018-ci ilin oktyabr ayında İranın “Nazmehr” yük gəmisində baş vermiş kütləvi zəhərlənmə hadisəsini təhlil etmiş, həmin hadisə üzərində gəmi yükdaşımasında kimyəvi təhlükəsizliyin qorunması və peşə xəstəliklərinin profilaktikası üzrə məsləhətlərini vermişdir.
 








Redaktorun seçimi