“Həkimlərimizi tanıyın!” - Dr.RACU NƏBİYEV

Hit: 935
“Həkimlərimizi tanıyın!” - Dr.RACU NƏBİYEV

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə ilkin tibbi yardım kimi məsuliyyətli bir işin öhdəsindən layiqincə gələn təcili yardım həkimi Dr.Racu Nəbiyevi təqdim edirik.

Təcili yardım həkimi  Dr.RACU NƏBİYEV Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsində protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması prosedurlarını həyata keçirir.
 
Qeyd edək ki, Dr.Racu Nəbiyev 2010-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2010-2011-cu illərdə Mərkəzi Klinik Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili almışdır. Əmək fəaliyyətinə 2011-ci ildə başlamış, "N" saylı hərbi hissədə Tibb məntəqəsinin rəisi, 2013-2019cu illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində anestezioloq-reanimatoloq kimi çalışıb. 2020-ci ildən Mərkəzi Gömrük Hospitalında Təcili yardım şöbəsinin həkimi kimi fəaliyyət göstərir.
Dr.Racu Nəbiyev öz üzərində daim çalışır, tibb sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək üçün ixtisasartırma təlimlərində iştirak edir, dünya mətbuatını izləyir. O, 2015-ci ildə Bakı şəhərində keçirilən Amerika Ürək Assosiasiyasının ACLS-Təkmil Kardiovaskulyar Həyata Dəstək təlimində iştirak edib.2018-ci ildə Bakıda Həkimlərin sertifikasiyasından keçdikdən sonra ona Azərbaycan Respublikasının ərazisində anesteziologiya-renimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq icazəsi verilib.
Tibb xidməti leytenantı Racu Nəbiyev Dr.Racu Nəbiyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 24 iyun 2021-ci il tarixində “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. 
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/racu-nebiyev. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli çağri mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daima yeniləyən ambulans heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.
 







Redaktorun seçimi