“Hansı hallarda kardioloq müayinəsindən keçmək vacibdir”

Hit: 696
“Hansı hallarda kardioloq müayinəsindən keçmək vacibdir”

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Allahverdiyev “Hansı hallarda kardioloq müayinəsindən keçmək vacibdir” sualını cavablandırıb.

Son onilliklərdə ürək-damar xəstəlikləri geniş vüsət alıb. Bu xəstəlik getdikcə cavanlaşır. Xəstənin fiziki aktivlik zamanı sinəsində yanma, göynəmə,  ağrı olarsa, təngnəfəslikdən şikayət edərsə, mütləq kardioloq müayinəsində olmalıdır. 
 
Sinə nahiyəsində yanma, göynəmə,  ağrı hiss etdikdə özbaşına ağrıkəsicilər qəbul etməkdən çəkinin. Narahatlığınız üç dəqiqə və ya daha çox davam edərsə və vəziyyətiniz anidən pisləşərsə, xüsusən, nəfəs almada çətinlik, başgicəllənmə, ürək bulanması, ağır yorğunluq, soyuq tər hiss edirsinizsə, təcili tibbi yardım çağırın. Əgər bu infarktdırsa, vaxtında həkim yardımı həyatınızı xilas edə bilər. 
Təngnəfəslik və ya nəfəs darlığı insanın lazımi qədər nəfəs ala bilməməsidir. Əgər bu hal sizdə tez-tez baş verirsə, mütləq bunun səbəbini həkim araşdırmalıdır. Nəfəs darlığı – ürək damarlarının tutulması,bu damarların öz funksiyasını yerinə yetirə bilməməsi, bu səbəbdən ürək əzələsinin yaxşı yığılmaması ürək çatışmazlığı zamanı müşahidə edilən simptomdur. 
 
Ola bilər ki, xəstənin klinik narahatlığı olmasın, lakin risk faktorları olsun, - bu zaman yenə də mütəmadi olaraq kardioloq müayinəsi tövsiyə olunur.
Risk faktorları dedikdə, pis vərdişlər – siqaret çəkmə, xroniki xəstəliklərdən şəkərli diabet, yüksək təzyiqin qalxıb-enməsi, irsiyyətdə, yəni xəstənin qohumlarında ürək-damar xəstəliklərinin olması, xolesterinin yüksək səviyyəsi və s. başa düşülür. 
Kardioloq tərəfindən müayinə zamanı rutin müayinələr: elektrokardioqrafiya, exokardioqrafiya, stress-test müayinəsi, Holter müayinəsi həyata keçirilir, bir problem meydana çıxdıqda isə koronar angioqrafiya müayinəsi aparılır.
 
Vaxtında aşkarlanan hər hansı bir xəstəliyin müalicəsi daha tez və yaxşı effekt verir, ona görə də, vaxtında yoxlanmağı, həkim müayinəsindən keçməyi tövsiyə edirəm. Dr.Emin Allahverdiyevin çıxışını  Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz:
 
https://youtu.be/W8MJHbdNOus







Redaktorun seçimi