TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb

Hit: 1141
TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb
TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb.
 
Faktor.az xəbər verir ki, TƏBİB-in açıqlamasında qeyd edilib:
 
Meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.
 
Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.
 
Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın.








Redaktorun seçimi