Beyini stresdən qoruyan qidalar

Hit: 1123
Beyini stresdən qoruyan qidalar
Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur. Beynin fəaliyyətini yavaşladır. Hətta unutqanlığa da səbəb ola bilər.
 
Faktor.az xəbər verir ki, bəzi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir. Bunlar aşağıdakılardır.
 
Çuğundur
 
Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır. Həmçinin bu tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.
 
Nar
 
Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.
 
Sarıkök
 
Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi "kurkumin" beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.







Redaktorun seçimi