Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub - FOTOLAR

Hit: 1931
Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub - FOTOLAR
İyunun 17-də Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
 
Öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin DGK Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına ünvanladığı təbrik məktubu mərasim iştirakçılarının diqqətinə çatdırııb. Məktubda Mərkəzi Gömrük Hospitalının dayanıqlı və nümunəvi fəaliyyəti ilə ölkəmizdəki səhiyyə ocaqları arasında qabaqcıl yerlərdən birini tutduğunu vurğulayan Səfər Mehdiyev peşə bayramı münasibətilə tibb işçilərini təbrik edib və onlara uğurlar arzulayıb.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək ulu öndərin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatların milli səhiyyə sisteminin sürətli inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. Tibbi Xidmət İdarəsinin, eləcə də Mərkəzi Gömrük Hospitalının bu inkişafdan geri qalmadığını qeyd edən Ceyhun Məmmədov uğurlu fəaliyyətin təşkilində hər bir əməkdaşın xüsusi rolu olduğunu deyib.
 
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov da tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında təsis olunan bu əlamətdar günün tarixi barədə məlumat verib, hospitalda göstərilən tibbi xidmətlərin uğurlu təşkilində əlaqələndirilmiş işin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, peşəkar tibbi xidmətlərin göstərilməsində əməyi olan hər kəsi peşə bayramı günü münasibətilə təbrik edib və bu uğurlu fəaliyyətin davamlı olacağına ümid etdiyini bildirib.
 
Sonra tədbirdə Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının iş fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
 
Daha sonra DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalı Təcili tibbi yardım şöbəsinin rəisi Nərgiz Kərimova, Mərkəzi Gömrük Hospitalı Tibbi yardımın keyfiyyətinə nəzarət şöbəsinin rəisi Şəlalə Həsənova, Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov, Mərkəzi Gömrük Hospitalı Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov və hospitalın baş tibb bacısı Gülyaz Fərəcova təbrik nitqi ilə çıxış ediblər.
 
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin sədrinin müvafiq əmri ilə DGK Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının xidmətdə fərqlənən və təltif edilən əməkdaşlarına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı, döş nişanları, növbəti xüsusi rütbələr və fəxri fərmanlar təqdim olunub.
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi