Azərbaycanda COVID-i 15 dəqiqəyə aşkar edən test meydana çıxdı

Hit: 2019
Azərbaycanda COVID-i 15 dəqiqəyə aşkar edən test meydana çıxdı
Azərbaycanda COVID-i 15 dəqiqəyə aşkar edən test - meydana çıxdıTibbi cihazların istehsalçısı olan BD şirkəti (Becton, Dickinson and Company) Azərbaycan Respublikası bazarında SARS-CoV-2 antigeninin sürətli testinin aparılması üçün təxminən 15 dəqiqə müddətində test aparmağa imkan verən portativ sistemin istifadəyə verildiyini elan edib. Test burun yaxmasında SARS-CoV-2 antigenlərinin birbaşa və keyfiyyətli aşkarlanması üçün xromatoqrafik immunoanalizə əsaslanır və BD Veritor™ Plus portativ analizatorla təchiz edilib. Portativ sürətli test sistemi COVID-19 şübhəsi olan xəstələri testdən keçirmək üçün hər hansı bir tibb müəssisəsində və ya test məntəqələrində tibb işçiləri tərəfindən istifadə üçün nəzərdə tutulub.
 
Yeni sürətli-test koronavirusu təxminən 15 dəqiqə ərzində test edir ki, bu da mütəxəssislərə həkim qəbulunda olan xəstənin tez bir zamanda müalicəsinə başlamaqla bağlı qərar vermələrinə imkan verir.
 
Pandemiyanın başladığı vaxtdan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sisteminin yükünü azaltmaq üçün sürətli antigen diaqnostik texnologiyalarından istifadə etməyi tövsiyə edib. ÜST-in 2020-ci ilin sentyabr ayına dair təlimatında deyilir ki, sürətli və istifadəsi asan testlər erkən kəskin SARS-CoV-2 infeksiyası olan əksər xəstələrdə xəstəliyi aşkar etməyə kömək edir ki, bu da onları dərhal təcrid etməyə və infeksiyanın yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməyə imkan verir, eyni zamanda infeksiyaya yoluxma şübhəsi olduğu üçün təkrar test olunması tələb olunan insanların sayını azaldır.
 
“BD Veritor™ Plus mobil telefondan bir qədər böyük olan və iş prosesində asan istifadə edilə bilən bir sistemdir ki, bu da onun ancaq laboratoriya əməkdaşları tərəfindən deyil, digər insanlar tərəfindən də istifadə olunmasına imkan verir. Onların arasında poliklinikalarda, qocalar evlərində, təcili yardım maşınlarında, hava limanlarındakı tibb məntəqələrində, məktəblərdəki tibb otaqlarında, iri müəssisələrdəki tibb məntəqələrində, eləcə də kənd yerlərindəki feldşer məntəqələrində çalışan tibb mütəxəssisləri ola bilər” – deyə, “Becton Dickinson” şirkətinin Rusiya və MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri Sergey Rubin deyib. O, həmçinin əlavə edib ki, bu sistem artıq bir çox ölkələrdə A qrupu streptokok, A+B qripi və respirator sinsitial virusu (RSV) kimi infeksiyaları yoxlamaq üçün istifadə olunur: “Qrip mövsümündə kəskin respirator simptomları olan bütün xəstələrə BD Veritor Plus analizatorundan istifadə etməklə paralel olaraq həm SARS-CoV-2, həm də A+B qripinə qarşı test olunmaları tövsiyə olunur”.
 
Ünvanında yeni BD Veritor Plus sistemi haqqında ətraflı məlumat əldə edə bilərsiniz https://covidveritortest.az
 
 
Şirkət haqqında
 
“Becton Dickinson” şirkəti (Becton, Dickinson and Company) bir çox ölkələrdə aptek şəbəkələri və tibb müəssisələri üçün tibbi cihazlar, laboratoriya avadanlıqları və istehlak materiallarının dünya üzrə aparıcı istehsalçılarından biridir.
BD fəaliyyəti tibbi tədqiqat, diaqnostika və tibbi yardımın göstərilməsi sahəsində səhiyyə sisteminin təkmilləşdirilməsinə yönəlmiş dünyanın ən böyük tibbi texnologiya şirkətlərindən biridir. BD və onun 65 000 əməkdaşı xəstələr üçün klinik terapiyada daha yaxşı xidmətlər və həllər təqdim etmək və səhiyyə şəraitində klinik prosesləri optimallaşdırmaq üçün innovativ texnologiyalar hazırlayır. BD şirkətinin dünyanın bir çox ölkəsində nümayəndəliyi mövcuddur və qlobal miqyasda səhiyyə sahəsində problemlərin həllində iştirak edir, eyni zamanda aparılan müalicələrin nəticələrinin yaxşılaşdırılmasına, xərclərin azaldılmasına, səmərəliliyin artırılmasına, təhlükəsizliyin artırılmasına və səhiyyənin daha əlçatan olmasına kömək edir. 2017-ci ildə “C.R.Bard” şirkəti BD-nin tərkibinə daxil olmaqla şirkətin məhsul çeşidini genişləndirdi.
 
Şirkət haqqında ətraflı məlumat almaq üçün https://www.bd.com/ saytına daxil olun.
 
Əlaqə:
 
“Becton Dickinson B.V. (Hollandiya)” şirkətinin Rusiya və MDB-dəki nümayəndəliyi. 127051, Rusiya Federasiyası, Moskva, Sadovaya-Samoteçnaya küçəsi, 24/27, 2-ci mərtəbə








Redaktorun seçimi