Bu tərəvəz şəkərli diabetdən qoruyur

Hit: 1104
Bu tərəvəz şəkərli diabetdən qoruyur
Müntəzəm olaraq salatlarda və yemək yanında qırmızı turp yemək orqanizmi diabet inkişafından qoruyur, qanda şəkəri tənzimləyir.
 
FAKTOR.AZ xəbər verir ki, türkiyəli həkimlərin son tədqiqatlarına əsasən turpun bağırsaqlarda faydasını açıqlanıb.
 
Belə ki, qırmızı turp bağırsaqlarda qlükozanın sovrulması sürətini azaldır, inun əzələ toxuması tərəfinsən udulmasını təmin edir, bu da qanda şəkərin yüksəlməsinin qarşısını alır.
 
Bu proses turpda olan kimyəvi birləşmə - qlükozinokat və izotosianat sayəsində baş verir.
 
Eləcə də bu tərəvəz insulin rezisdentliyinin qarşısını alır. Onda olan koenzim antioksidantı diabetin qarşısını dolayısı ilə alır. Ona görə, preddiabet mərhələsində olanlar, nəslində şəkər xəstələri olanlar hər gün bu tərəvəzdən 1-2 ədəd yesin.








Redaktorun seçimi