Yaşıl çayda olan maddə artriti müalicə edir

Hit: 679
Yaşıl çayda olan maddə artriti müalicə edir
Vaşınqton Universiteti alimləri yaşıl çayın tərkibində güclü iltihabəleyhinə təsirə malik olan maddəni aşkar ediblər.
 
Tədqiqatçılar izah edir ki, hal hazırda revmatoid artritin müalicəsində istifadə olunan dərmanlar bahalıdır və uzun müddət ərzində istifadə olunduqda müxtəlif fəsadların inkişafına səbəb ola bilər.
 
Yaşıl çayın tərkibində olan müalicəvi maddə "pigallocatechin-3-gallate" oynaqlarda ağrıları və iltihabı azalıdır, qığırdaq və sümük toxumalarını zədələmələrdən qoruyur.
 
EurekAlert xəbər verir ki, artıq alimlər yeni maddəni artrit xəstəliyi olan heyvanların üzərində test ediblər. Nəticədə heyvanlarda xəstəliyin simptomları azalıb, oynaqda olan şişkinlik qismən çəkilib.
 
Araşdırmalar göstərib ki, yaşıl çayın tərkibində olan maddə revmatoid artrit zamanı iltihab reaksiyalarının inkişafını "işə salan" zülallarla birləşir və bununla da onların aktivliyini azaldır.
 
Alimlər hesab edir ki, gələcəkdə yeni aşkar olunmuş maddənin əsasında yeni dərman preparatı hazırlanacaq ki, bu preparat da xəstəliyin simptomları ilə effektli şəkildə mübarizə aparacaq.
 
Saglamolun.Az








Redaktorun seçimi