Mərkəzi Gömrük Hospitalı əhaliyə yenidən tibbi xidmət göstərir

Hit: 924
Mərkəzi Gömrük Hospitalı əhaliyə yenidən tibbi xidmət göstərir
Mərkəzi Gömrük Hospitalı peşəkar və təcrübəli heyəti ilə gömrük işçilərinə, onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır.
 
FAKTOR.AZ xəbər verir ki, Mərkəzi Gömrük Hospitalı 11 aprel 2022-ci il tarixindən etibarən gömrükçülərə və əhaliyə yenidən tibbi xidmət göstərir.
 
Həkim qəbuluna qeydiyyat əsasında yazılmaq olar.
 
Hospitalın rəsmi internet səhifəsi vasitəsilə tibbi xidmətlər haqqında ətraflı məlumat almaq və həkimlərin qəbuluna onlayn formatda yazılmaq mümkündür. Link: https://customshospital.az/
 
Ətraflı məlumat üçün: (012) 404 08 08 








Redaktorun seçimi