Qidalanma mütəxəssislərini birləşdirən ictimai təşkilat - ANDOP

Hit: 854
Qidalanma mütəxəssislərini birləşdirən ictimai təşkilat - ANDOP
Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) Azərbaycanda qidalanma mütəxəssislərini birləşdirən ictimai təşkilatdır.
 
ANDOP sağlam qidalanma sahəsində təhsil proqramları və maarifləndirici layihələr həyata keçirir.
 
Piylənmə ilə mübarizədə, onun tədqiqində Dünya Piylənmə Federasiyası (WOF) və Piylənmənin Tədqiqatı üzrə Avropa Assosiasiyası (EASO) kimi  nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu  üzvü olaraq, ANDOP-un diyetologiya, həmçinin funksional tibb və nutrigenetika sahəsində  təşkil etdiyi təhsil proqramları yüksək təhsil standartlarına cavab verir.
 
Əsas prioritetlər:
Sağlam həyat tərzinin və düzgün qidalanmanın təbliği;
Azərbaycanda nutrisiologiyanın elmi və tətbiqi cəhətdən inkişafı;
Diyetologiya sahəsində kadrların hazırlanması və formalaşması;
Artıq çəki və piylənmədən əziyyət çəkən xəstələrə yardım.
ANDOP Sağlamlıq Strategiyası Təlim Mərkəzinin (SSTM) əsasında formalaşıb və 2016-cı ildən Azərbaycanda fəaliyyət göstərir. Bu günə qədər yüzlərlə insan təhsil proqramları çərçivəsində məzun olub.
ANDOP ictimai təşkilat olaraq daim sağlam həyat tərzinin və düzgün qidalanmanın təbliğinə diqqət yetirib. Bu missiya çərçivəsində biz məktəb və uşaq bağçalarında gənc nəsildə sağlam qidalanma vərdişlərinin formalaşdırılmasına və inkişafına yönəlmiş layihələr həyata keçirmişik.
ANDOP, həmçinin böyüklər və uşaqlar arasında piylənmənin qarşısının alınması məqsədi ilə ödənişsiz  konsultasiya və müayinə aksiyaları həyata keçirib.








Redaktorun seçimi