Gömrük Hospitalının Çağrı Mərkəzi bayramı günlərində 7/24 rejimində fəaliyyət göstərəcək

Hit: 796
Gömrük Hospitalının Çağrı Mərkəzi bayramı günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Mərkəzi Gömrük Hospitalının  Çağrı Mərkəzinin əməkdaşları 20-27 mart 2022-ci il  tarixlərində Hospitala daxil olan bütün zənglərin qəbulunu təmin edəcək, müraciətləri operativ şəkildə cavablandıracaqlar. Cağrı Mərkəzi  Mərkəzi Gömrük Hospitalında COVID-19 xəstəliyindən müalicə alan pasiyentlərin yaxınlarına  xəsətələrinin səhhəti ilə bağlı məlumatların verilməsini davam etdirəcək.
 
Xəstə Xidmətləri şöbəsində məlumat almaq icazəsi üçün qeydiyyatdan keçmiş xəstə yaxınları Novruz bayramı günlərində Çağrı Mərkəzinin (012) 404 08 08  nömrəsi ilə əlaqə saxlayaraq pasiyentlərin vəziyyəti ilə bağlı həkimlərlə danışa biləcəklər.
Çağrı Mərkəzinin əməkdaşları həkim-koordinator Gülşən Şahverdiyeva, tibb qeydiyyatçıları Cəmilə Hacıyeva və kommutatorlar Gülnarə Əliyeva, Ulviyyə Xudaquliyeva gündüz növbələrində  Ülkər Babayeva, Nərminə Dəmirova, Gülçöhrə Budaqova və Şəms Şərifova  isə gecə növbələrində çalışaraq, Çağrı Mərkəzinin fasiləsiz fəaliyyətini təmin edəcəklər.
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi  günün 24 saatında  bura müraciət edən insanların sorğularını cavablandıran kiçik bir informasiya qovşağıdır. Bu gülərüz xanımların gözəl rəftarı, səmimi ünsiyyəti və diqqəti bura zəng vuran hər kəsə Hospital haqqında xoş təəssüratlar bağışlayır.

FAKTOR.AZ








Redaktorun seçimi