Azərbaycanda "TURKOVAC"-ın sınaqları üçün 300 könüllü seçiləcək

Hit: 516
Azərbaycanda "TURKOVAC"-ın sınaqları üçün 300 könüllü seçiləcək
Azərbaycanda "TURKOVAC" vaksininin sınaqları üçün ilkin olaraq 300 könüllünün seçilməsi nəzərdə tutulur. Könüllüləri seçərkən adətən 18-65 yaş arası, kəskin xəstəliyi olmayan, son dövrlərdə COVID-19-a yolxumayan şəxslər seçilir.
 
Bu barədə Trend-ə müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.
 
O qeyd edib ki, Azərbaycan koronavirusla mübarizədə kifayət qədər effektiv tədbirlər həyata keçirir. Dünyada mövcud olan 9 vaksin növünün artıq 4-ü Azərbaycana gətirilib.
 
"Bu gündən etibarən "TURKOVAC" vaksinindən könüllülər üzərində buster doza formasında istifadə olunacaq.
 
Hazırda 1200 doza "TURKOVAC" vaksini gətirilib, lakin bu, o demək deyil ki, bunlar 1200 insanda istifadə olunacaq. Sınaq mərhələsi könüllü sayına uyğun olaraq aparlıcaq. Sadəcə, ehtiyac üçün sözügedən miqdarda vaskin gətirilib. Bu, kliniki sınaqdır, ümumi vaksinasiya tədbiri deyil. "TURKOVAC" vaksininin sınaqları üçün ilkin olaraq 300 könüllü nəzərə tutulur və adətən 18-65 yaş arası, kəskin xəstəliyi olmayan, son dövrlərdə koronavirusa yoluxmayan şəxslər seçilir", - deyə o bildirib.








Redaktorun seçimi