Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin daha bir - UĞURU

Hit: 665
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin daha bir - UĞURU
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Davamlı Tibbi Təhsil fəaliyyətlərini dəstəklədiyi üçün” Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib
 
10 fevral 2022-ci il tarixində ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində 2021-ci ildə görülmüş işlərin yekunlarının təqdimatı və davamlı tibbi təhsil sahəsində seçilmiş tibb müəssisələrinin mükafatlandırılması məqsədilə tədbir həyata keçirilib. 
 
Tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov, ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəsi Peter Mixalko, müxtəlif dövlət tibb müəssisələrinin əməkdaşları və media nümayəndələri iştirak edib.
 
Tədbirdə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində 2021-ci ildə görülmüş işlərin yekunlarına dair təqdimatlar dinlənilib, eləcə də Davamlı Tibbi Təhsil fəaliyyətlərini dəstəkləyən tibb müəssisələri və tibb işçiləri sertifikatla təltif edilib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tədbirdə Davamlı Tibbi Təhsil fəaliyyətlərini dəstəkləyən müəssisə olaraq müstəsna əməkdaşlığına görə təşəkkürnamə ilə təltif edilib. 
 
Tədbirdə Tibbi Xidmət İdarəsini Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsini rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə təmsil edib. Təltif zamanı ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsini rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevə təşəkkürnaməni təqdim edərək, davamlı tibbi təhsil tədbirlərinin təşkilində göstərdiyi uğurlu əməkdaşlığa görə Tibbi Xidmət İdarəsinə təşəkkür edib. 
İsmayıl Əfəndiyev öz növbəsində tədbir iştirakçılarını salamlayaraq Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim,  tibb xidməti general-mayoru Ceyhun Məmmədovun təşəkkürünü çatdırıb. O, Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi tibbi təhsil tədbirləri və gələcək planları barədə məlumat verərək elmi-təcrübi tədris fəaliyyətlərinin təşkilində göstərilən bu uğurlu əməkdaşlığın davamlı olacağına inandığını qeyd edib.








Redaktorun seçimi