Siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb

Hit: 431
Siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb

9 Fevral Ümumdünya Siqaretdən İmtina Günüdür

9 Fevral Ümumdünya Siqaretdən İmtina Günü çərçivəsində Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev  siqaretin zərərləri barədə məlumat verib.
 
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün isə 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir.
 
Təbii ki, siqaret  qadınla  kişi orqanizminə eyni dərəcədə ziyan vurur. Siqaret tüstüsündə 4 mindən çox zərərli maddə var. Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə tüstünü içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asıllıq yarada bilir.
 
Nikotin qanda oksigenin daşınmasına mane olan və ölümə yol açan maddədir. Nikotinə asılılıq insanları siqaret çəkməyə davam etdirir, lakin əsas ziyanı vuran siqaret tüstüsündəki qətrandır. Araşdırmalar göstərir ki,  gündə 1 dənə siqaret çəkənlərdə siqaret çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 %, insult riski isə 30% daha yüksəkdir. Siqaret çəkmənin ən ölümcül nəticəsi xərçəng yox, ürək-damar xəstəlikləridir. Bu siqaret çəkmədən nəticələnən erkən ölümlərin 48% təşkil edir.
 
 








Redaktorun seçimi