“Abbott” şirkətinin nümayəndələri arasında görüş keçirilib

Hit: 511
“Abbott” şirkətinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkətinin nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilib. 
 
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.f.ü.d. Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı, tibb xidməti leytenantı Kənan Əsədov, “Abbott” şirkətinin Rusiya və MDB üzrə Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aleksandra Medvedeva, eləcə də Rusiya və MDB üzrə Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Aleksey Potebnya, Rusiya və MDB üzrə Hökumətlə əlaqələr şöbəsinin rəhbəri Mariya Zançeva və şirkətin yerli nümayəndəsi Elvin Mahmudov iştirak edib.
İlk növbədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin eləcə də Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyət istiqamətləri və prioritetlər barədə qonaqlara məlumat verib, Tibbi Xidmət İdarəsinin tibbin digər sahələrində olduğu kimi klinik və fundamental kardiologiya və ürək cərrahiyyəsi sahəsində də dünya səviyyəsində tədqiqatçı mütəxəssislər hazırlayan, Azərbaycanda aparıcı elmi-tədqiqat və tibbi maarifləndirmə işini həyata keçirən müəssisələrindən biri olduğunu qeyd edib.
 
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov Mərkəzi Gömrük Hospitalında kardiocərrahiyyə və ürək-damar xəstəliklərinin müalicə və diaqnostikası sahəsində beynəlxalq standartlara uyğun tibbi xidmət göstərildiyini vurğulayıb. Həmçinin Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.f.ü.d. Bəxtiyar Musayev həyata keçirilən unikal cərrahi əməliyyatlar və ümumilikdə Hospitalın iş prinsipi barədə ətraflı məlumat verib. 
“Abbott” şirkətinin Rusiya və MDB üzrə Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aleksandra Medvedeva isə təmsil etdikləri şirkətin dərman vasitələri və tibbi cihaz istehsalçılarının səlahiyyətli nümayəndəsi olaraq, tibb mütəxəssisləri: terapevtlər, kardioloqlar, reanimasiya əməkdaşları, cərrahlar və digər ixtisas üzrə mütəxəssislər üçün ürək-damar xəstəliklərinin müalicəsində dərman vasitələrinin və tibbi cihazların istifadə üsulları, onlarla işləmək üzrə praktik bacarıqların formalaşdırılması, habelə ürək-damar sistemi xəstəlikləri olan xəstələrə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq elmi-maarifləndirici tədbirlərin təşkili və aparılmasından ibarət proqramlar təşkil etdikləri barədə geniş məlumat verib.
Qarşılıqlı əməkdaşlıq imkanlarının və gələcək üçün nəzərdə tutulmuş fəaliyyətlərin müzakirə edildiyi görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
 
 
 
 
 








Redaktorun seçimi