Əməkdaşlıq memorandumu imzalandı

Hit: 517
Əməkdaşlıq memorandumu imzalandı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında əməkdaşlıq memorandumu imzalanıb
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında tibbin müxtəlif sahələrini əhatə edəcək müştərək elmi tədqiqatların və beynəlxalq statuslu davamlı tibbi təhsil tədbirlərinin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanmış əməkdaşlıq memorandumuna əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. 
 
Bunlarla yanaşı əməkdaşlıq memorandumu çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzi arasında daha geniş əlaqələrin yaradılması, ekspert mübadiləsinin həyata keçirilməsi, səhiyyə sahəsində çalışan mütəxəssislərin nəzəri və praktiki bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalının tibb personalı ilə yanaşı ümumrespublika səviyyəsində tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir. 
 
 








Redaktorun seçimi