Gömrük Hospitalının internet səhifəsində “Düz qamət, sağlam həyat” rubrikasını izləyin

Hit: 900
Gömrük Hospitalının internet səhifəsində “Düz qamət, sağlam həyat” rubrikasını izləyin

 

Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhfəsində “Düz qamət, sağlam həyat” rubrikasında fizioterapevt Səidə Kərimovanın faydalı məlumatlarını oxuya bilərsiniz.  Rubrikanın linkini Sizə təqdim edirik: https://customshospital.az/hekim-mesleheti-duz-qamet/

Dr.Səidə Kərimova rubrikada qamətə mənfi təsir edən vərdişlər, bel ağrılarının səbəbi, belfəqərəarası disk yırtıqlarının müalicəsi, skoliozun müalicəsi, bel ağrıları zamanı qadağan olan idman hərəkətləri,  kifozun yaranma səbəbləri və müalicəsi barədə ətraflı məlumat verib. Belə ki,  siz ev şəraitində idman hərəkətləri ilə bir çox xəstəliklərin qarşısını ala və özünüz müalicə  edə bilərsiniz.

Həmçinin, suallarınız yarandığı halda Mərkəzi Gömrük Hospitalının internet səhifəsində “Həkimə sual ver”  bölümündə suallarınızı həkimə yönləndirə bilərsiniz. Linki Sizə təqdim edirik: https://customshospital.az/sual-cavab-seide-kerimova/#gsc.tab=0

Qeyd edək ki, Dr.Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, 2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova daim öz üzərində çalışır, öz sahəsi üzrə Almaniya, İspaniya, İtaliya, Avstriya kimi dünyanın bir sıra xarici ölkələrində keçirilən təlimlərdə iştirak edir, tibb elminin yeniliklərini, müasir texnologiyaları və qabaqcıl beynəlxalq təcrübəni xəstəliklərin müayinə və müalicəsində istifadə edir. Dr. Səidə Kərimova 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında təlim keçmişdir.

 









Redaktorun seçimi