Kliniki Tibbi Mərkəz yenə ilk yerdədir!

Hit: 683
Kliniki Tibbi Mərkəz yenə ilk yerdədir!
Bakı şəhəri üzrə dekabr ayında vətəndaşlara ən çox xidmət göstərən tibb müəssisəsi Kliniki Tibbi Mərkəz olub.
 
Dekabr ayı ərzində Mərkəz tərəfindən vətəndaşlara 124 957 xidmət göstərilib.
 
Kliniki Tibbi Mərkəz ən çox stasionar xidmət göstərilən tibb müəssisələri arasında da birinci yerdə qərarlaşıb.
 
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən, ötən ay ərzində Bakı və Sumqayıt üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya ilə bağlı olub.







Redaktorun seçimi