Siniflərdə bunlar nəzərə alınmalıdır - Həkim rəyi

Hit: 389
Siniflərdə bunlar nəzərə alınmalıdır - Həkim rəyi
Məktəblilərin sağlamlığının formalaşmasında məktəbdaxili mühit amillərin təsiri 30-40% təşkil edir.  Azərbaycan Tibb Universiteti, Uşaq yeniyetmələrin sağlamlığı və əməkmsağlamlığı kafedrasının dosenti Nigar Süleyman-zadənin sözlərinə görə, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, tədris stresləri, əlverişsiz məktəbdaxili mühit uşaqların sağlamlığına mənfi təsir göstərən amillərdən biridir. 
 
Tədris prosesinin səmərəli təşkilində məktəblilərin böyümə və inkişafı, sağlamlığının qorunması üçün əlverişli şəraitin yaradılmalıdır.  
 
Məktəb mühitinin risk amillərinə mikroiqlim, işıqlanma, yeni növ tədris texnikası və tədrisə irəli sürülən gigiyenik tələblərin gözlənilməməsi alddir.  
2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində sinif gigiyenası baxımından  təkmil “Sağlam Təhsil Sinifləri” yaradılıb.  Bu siniflərdə bir çox  saglamlığı qoruyucu və möhkəmləndirici tədbirlər görülüb.  
 
Dərs otaqlarının sahəsi hər şagird üçün 2,0-2,5 m2-dən az olmayaraq  müəyyənləşdirilib, sinifdə 24 nəfər şagird təhsil alır. Burada işçi səthin üzərində süni işıqlandırma səviyyəsi 300-500lk təşkil edir. Bəzən kombinə edilmiş (yerli və ümumi) işıqlanmadan istifadə olunur.  Sinif otaqların- hava-istilik rejimi gigiyenik normalara cavab verir.  Xəfəng və framuqalardan  bütün fəsillərdə  istifadə olunur. Sinif otaqlarının havasının dəyişilməsi üçün saat ərzində 4-5 hava mübadiləsi aparılır.  
 
Otaqların təbii işıqlanması çox vacibdir.  Təbii işığın otağa keçməsini azaltdığına görə pəncərə altlığında otaq qüllərinin yerləşməsinə icazə verilmir.  Gün birbaşa  uşağın üzərinə düşmürsə, pərdə və jalüzlər açıq olmalıdır.  Əlverişli işıq şəraitinin (işıq rejimi) yaradılmasında ətraf səthlərin rəngi (tavan, divar, mebel və s.)  də mühüm rol oynayır.  
Sinif otaqlarının optimal mühitinin saxlanılası uşaqların böyümə və harmonik fiziki inkişafına, iş qabiliyyətin uzun müddət yüksək səviyyədə saxlanılmasına, görmə pozuntularının profilaktikasına kömək edir.  
 








Redaktorun seçimi