Hansı hallarda psixoloqa müraciət edə bilərsiniz?

Hit: 1047
Hansı hallarda psixoloqa müraciət edə bilərsiniz?
 
1.       Özünüzə və öz gücünüzə daha çox inanmaq üçün;
2.       Həyatdakı məqsədinizi, yerinizi hətta hobbinizi tapmaq üçün;
3.       Vaxtı idarə etməyi, işləri ertələməməyi öyrənmək üçün;
4.       Düzgün ünsiyyət (soft skills) bacarığına yiyələnmək üçün;
5.       Cinsi həyatınızı yaxşılaşdırmaq üçün;
6.       Sizin üçün önəmli olan insanlarla sağlam əlaqələr qurmağı öyrənmək üçün;
7.       “Yox” deməyi və buna görə günahkar hiss etməməyi öyrənmək üçün;
8.       Özünü və bədənini qəbul etməyi öyrənmək üçün;
9.       Həyatınızda baş verən ciddi dəyişikliklər zamanı dəstəyə ehtiyac duyduğunuzda;
10.   Uşaq tərbiyəsi ilə bağlı suallarınız varsa;
11.   Qərar verməkdə çətinlik çəkirsinizsə;
12.   Münasibətlərinizdə eyni ssenari təkrarlanır və bunu dəyişmək istəyirsinizsə;
13.   Konflikt və mübahisələri azaltmaq istəyirsinizsə;
14.   Partnyorunuza güvənməyi, yaxın münasibətlər qurmağı öyrənmək üçün;
15.   Mükəmməlliyətçi, səhv etməkdən qorxan insansınızsa;
16.   Öz emosiyalarınızı, arzularınızı anlamağa çalışırsınızsa;
17.   Pul ilə düzgün davranmağı bacarmırsınızsa;
18.   Motivasiyaya ehtiyac duyursunuzsa;
19.   Ətrafdakıların düşüncələrindən asılı olmamaq üçün;
20.   İş və ya təhsil həyatında məhsuldarlığı artırmaq üçün;
21.   “Əlaçı” və ya “Saxtakar” kompleksindən azad olmaq üçün;
22.   Qarışıq və qəribə yuxuların nə demək olduğunu anlamaq üçün;
23.   Təhtəlşüurunuzu (şüuraltı), davranışlarınızın səbəbini anlamaq üçün;
24.   Ayrılıq (və ya ölüm) sonrası travmalarınızdan qurtulmaq üçün;
25.   Nəyinsə yolunda getmədiyini hiss edir və bunun nə olduğunu anlamaq istəyirsinizsə;
26.   Uşaqlıq travma və narahatlıqlarınızı aradan qaldırmaq üçün;
27.   Çətin situasiyalarda köməyə ehtiyacınız olduqda;
28.   Dünyaya niyə gəldiyinizi öyrənmək, Yaradan ilə bağınızı qüvvətləndirmək üçün;
29.   Özünə qarşı qayğıkeş davranmağı, öz dəyərini anlamaq üçün;
30.   Sağlam sərhədlər qoyub, onları aşmamağı öyrənmək üçün heç düşünmədən psixoloqa müraciət edə bilərsiniz

Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru

 









Redaktorun seçimi