"2022-ci ildə peyvənd alanlar üçün pandemiya bitmiş olacaq"

Hit: 706
"2022-ci ildə peyvənd alanlar üçün pandemiya bitmiş olacaq"

Jurnalist Pərvin Əsgərli Köln Universitet Klinikasında Nuran Abdullayevin qonağı olub. Orada Universitet Klinikasının və Radiologiya İnstitunun işi ilə tanış olub. Eyni zamanda virusla bağlı, onun 2021-ci ildə edəcəyi problemlər və pozitiv istiqamətdəki dəyişikliklərlə bağlı Nuran Abdullayevlə həmsöhbət olub. Videoçarxdakı əsas mövzular və fikirlər belədir:

 
• Effektiv peyvənd alanlar və almağa hazırlaşanlar üçün 2022-ci ildə pandemiya bitmiş ola bilər.
 
• Əgər ağır xəstələndirmə qabiliyyəti gözlənildiyi kimi aşağı düşərsə və virus zəifləyərsə, məsafə saxlamaq, maska taxmaq və s. kimi qoruyucu üsullar peyvənd olunmayanlara görə tətbiq ediləcək, amma bu, onların ölümlə təhlükədə olmaqları demək deyil.• Azərbaycanda artıq endemik vəziyyətə (pandemiyadan fərqli olaraq yoluxmalar məhdud populyasiyada və məhdud regionda baş verir ki, burada da artıq yoluxma sayları azalaraq müəyyən formada stabil qalır) çatılıb. Bu da insanların ciddi təhlükədə olmamağı deməkdir. Ciddi və elmi əsaslı strategiyanın tətbiqi və tibbi xidmətlərin səviyyəsinin artırılması 2022-ci il üçün çox önəmlidir. 
 
• İnsanların modifikasiya olunmuş peyvəndlərlə (Omikron ştammına effektiv təsir etmək üçün dəyişiklik ediləcək mRNT peyvəndləri) mart ayından sonra vaksinasiyaya cəlb olunması virusa qarşı çox güclü və geniş immunitet yarada bilər ki, bu da yay aylarını normal keçirtmək deməkdir.
 
• Endemik vəziyyətdə modifikasiya edilmiş peyvəndlərin tətbiqindən sonra virusun daha heç bir gücünün olmamamsı gözləniləndir və ciddi şəkildə ağırlaşmalara səbəb olmamağı realdır. Peyvəndləmə işinin doğru aparıldığı ölkələrdə artıq illərlə pandemik vəziyyətin davam etməyəcəyi artıq dəqiqdir.
 
• Əhalisinin çox hissəsi yaşlılardan ibarət ölkələrdə onları qorumaq üçün gələn ilin qışında daha bir peyvəndləməyə ehtiyac olacağı mümkündür.
 
• Omikron Almaniyada başqa, Azərbaycanda başqa problemlərə gətirib çıxardır.
 
• Omikronun Çində problemlər yaradacağı qaçılmazdır və bu, elmi əsaslıdır.
 
• Almaniya da daxil olmaqla Avropanın omikronla ciddi təhlükəsi kütləvi yüngül yoluxma ilə ümumi cəmiyyətə və iqtisadiyyata ciddi zərərin dəyməsidir. Bu da iş yerlərində insanların müvəqqəti çatışmazlığına görə olacaqdır.

 

 







Redaktorun seçimi