Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir

Hit: 529
Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
26-27 noyabr 2021-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı Vüsal Cəfərov  Türkiyənin istanbul şəhərində “Uşaqlarda döş qəfəsi deformasiyalarının cərrahi və qeyri-cərrahi – vakuum üsulu ilə müalicəsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir. Konfransda dünyanın müxtəlif ölkələrinin aparıcı tibb müəssisələrinin yüksəkixtisaslı torakal və uşaq cərrahları iştirak edirlər. 
 
Tədbirdə beynəlxalq ekspertlər uşaqlarda döş qəfəsinin deformasiyasının səbəbləri, formaları və bu xəstəliyin həm cərrahi, həm də qeyri-cərrahi yolla aradan qaldırılması, vakuum üsulu ilə xəstəliyin müalicə yolları və digər aktual məsələlər barədə təqdimatlarla çıxış edirlər. İki gün davam edəcək konfransda həmçinin, Poland sindromu, qarışıq deformasiyalarda cərrahi müdaxilə, mürəkkəb vəziyyətlərdə Nuss əməliyyatı, döş qəfəsində Abramson əməliyyatı və s.  kimi maraqlı mövzular ətrafında məruzələr dinləniləcək.
Konfransın birinci günü  Prof. Dr.Mustafa Yüksel və Prof. Dr. Nürettin Yiyit tərəfindən icra olunan iki Nuss və bir Bar Çek əməliyyatları canlı olaraq izlənilib.








Redaktorun seçimi