Azərbaycanda virusa qarşı yeni strategiyaların tətbiqinin indi əsl zamanıdır

Hit: 767
Azərbaycanda virusa qarşı yeni strategiyaların tətbiqinin indi əsl zamanıdır
Peyvəndlər barədə aylar öncə qeyd etdiyim məsələ iyul ayında elmi tədqiqatla bir daha sübut edildi. Belə ki, bu gün tətbiq edilən peyvəndlərin effektivliyi zamanla azalır, daha dəqiq desək, 4 aydan sonra artıq azalmağa başlayır. Bu, bütün yaş qruplarında belədir. Tədqiqatların vacib olanları ilə aşağıda (şəkil 1) tanış ola bilərsiniz. 
Bu barədə Azərbaycanda insanlara zamanında xəbərdarlıq etmək bu gün olan inamsızlığın müəyyən faiz etibarı ilə qarşısını ala bilərdi. 
Bu tədqiqatlar onu göstərir ki, effektiv vaksinlərlə peyvənd olunmuş insanlara 3-cü peyvənd artıq 2-ci peyvənddən 5 ay sonra tətbiq edilməlidir.
 
Sinovac barədə isə əsaslı elmi tədqiqat yoxdur. Bu və digər bir neçə səbəblər onu deməyə əsas verir ki, Azərbaycan ilkin dozaları Sinovacla peyvənd olunmuş insanlarla bağlı təcili effektiv strategiya seçməli və tətbiq etməlidir. Əks halda onlar arasında bu günə qədər və bundan sonra olacaq yoluxmalar virusa qarşı tətbiq edilən strategiyaya daha da inamsızlıq gətirəcək. 
 
Buster dozadan sonra virusa qarşı immunitetin effektivliyi kəskin şəkildə qalxır. Bunu son aparılan elmi tədqiqatlar da sübut edir (şəkil 2). 
Buster dozadan sonra qazanılmış immunitetin nə qədər davamlı olacağını isə bu gün dəqiq və elmi əsaslı demək mümkün deyil. 
 
Azərbaycanda virusa qarşı yeni strategiyaların tətbiqinin indi əsl zamanıdır, amma unutmaq olmaz ki, bu strategiya elmi əsaslı olmalıdır, digər ölkələrin etdiyini təkrarlamaqdan ibarət olmamalıdır. Əks halda məcburi sərt qapanmalar qaçılmaz ola bilər.
 
Nuran Abdullayev
Faktor.az








Redaktorun seçimi