"Şəkərli Diabet Xəstəliyinə Müasir Yanaşma: Problemlər və Gələcək Hədəflər"

Hit: 538
"Şəkərli Diabet Xəstəliyinə Müasir Yanaşma: Problemlər və Gələcək Hədəflər"
12 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilmiş "Şəkərli Diabet Xəstəliyinə Müasir Yanaşma: Problemlər və Gələcək Hədəflər" mövzusunda Vebinar həyata keçiriləcəkdir.
 
2 saat ərzində davam edəcək vebinarda “Kardiovaskulyar (damar) xəstəlikləri və diabet”, “Diabetik nefropatiya”, “Diabetik retinopatiya”, “Koronaviruslu xəstələrdə diabetin idarəedilməsi” mövzularında ümumilikdə 4 məruzə dinləniləcək, həkimlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün interaktiv sual-cavab sesiyaları təşkil olunacaq.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya onlayn sertifikat veriləcək.
 
Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Proqramla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: 
https://customshospital.az/.../2021/11/proqram-son.pdf/
 
Qeydiyyatdan keçmək üçün link: 
https://forms.gle/SiENNmWk249EEwwm9








Redaktorun seçimi