Mərkəzi Gömrük Hospitalında - YENİ TƏYİNAT

Hit: 636
Mərkəzi Gömrük Hospitalında - YENİ TƏYİNAT
Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Nərgiz Kərimova 26 oktyabr 2021-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi təyin edilib.
 
Dr.Nərgiz Kərimova 2009-cu ildən 2021-ci ilin 26 oktyabr tarixinə qədər Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi çalışıb. Öz  peşəkarlığı və səmimiyyəti ilə Mərkəzi Gömrük Hospitalının kollektivinin və pasiyentlərin böyük rəğbətini qazanıb.
 
Dr.Nərgiz Kərimova Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsində reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstələrin təcili qəbulunu, diaqnostik müayinələrin aparılmasını, kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələrin vəziyyətinin dəyərləndirilməsini, pandemiyası dövründə Hospitala daxil olan COVİD-19 xəstələrin qəbulunu həyata keçirib.
 
Dr.Nərgiz Kərimova 1987-1993-cu illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. O, 1993-1994-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-terapevt ixtisası üzrə internatura keçib. Əmək fəaliyyətinə 1994-cü ildə Mərkəzi Hövzə Xəstəxanasında başlayaraq 2002-ci ilə qədər burada təcili yardım həkimi kimi çalışıb.
 
Dr.Nərgiz Kərimova 2002-2003-cü illərdə Səudiyyə Ərəbistan Krallığının Əl-Baha şəhərində Al Baha İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri, 2003-2006 cü ildə Al Baha şəhəri Əl Dəfir Mərkəzi Təcili Yardim hospitalında şöbə müdiri,  2006 Mina şəhəri S.Ə.Krallığı Mina mərkəzi xəstəxanasida həkim kimi çalışıb. O, 2005-ci ildə  Əl Baha reqionu üzrə ilin ən yaxşı həkimi secilib. Dr.Nərgiz Kərimova 2006-2009-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim ekspert kimi çalışıb.








Redaktorun seçimi