Elmi Konfrans keçiriləcək

Hit: 896
Elmi Konfrans keçiriləcək
“29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş Onlayn Elmi Konfrans rəsmi akkreditasiyadan keçib.
 
29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən “29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: imkanlar və gələcək perspektivlər" mövzusunda Onlayn Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 12 DTT balı qazanmışdır.
Hərkəs konfransda iştirak üçün dəvətlidir! 
 
Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları"na əsasən yalnız həkim-anestezioloq-reanimatoloq, ümumi cərrah, ürək-damar cərrahı, uşaq cərrahı, həkim-kardioloq və həkim-radioloq ixtisası üzrə fəaliyyət göstərən hər bir mütəxəssis müvafiq olaraq proqramın 80 faizini tamamladıqdan sonra onlayn sertifikat və 12 DTT balı əldə edəcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Proqramla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: 
 
https://customshospital.az/.../uploads/2021/10/proqram.pdf
Qeydiyyatdan keçmək üçün link:  https://forms.gle/Rkg3MxKshEeDrGEE6








Redaktorun seçimi