ATU ilə İstinye Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Hit: 884
ATU ilə İstinye Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Biz daim Türkiyənin hərtərəfli dəstəyini hiss etmişik. Lakin 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin yanımızda olması, Azərbaycanın haqq işini dəstəkləməsi xüsusilə qürurverici oldu.  Həmin dövrdə əməkdaşlıq etdiyimiz Türkiyə universitetlərindən və sıravi vətəndaşlardan, Türkiyədə olan məzunlarımızdan onlarla dəstək məktubları alırdıq. Bu, hər birimiz üçün çox böyük mənəvi kömək oldu”.
 
Bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İstinye Univeritetinin rektoru, professor Erdal Karaözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.  Türkiyə-Azərbaycan birliyinin tarixi köklərə malik olduğunu qeyd edən rektor G.Gəraybəyli qonaqlarla söhbətdə həm də ATU-nun beynəlxalq əməkdaşlıq layihələrində Türkiyənin böyük yer tutduğunu bildirib. Qeyd edib ki, ATU Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq edir, müxtəlif istiqamətdə ortaq layihələr icra olunur. Rektor, professor G.Gəraybəyli ikili diplom proqramının icrası, həmçinin tədris proqramındakı dəyişikliklər barədə də qonqlara məlumat verib. 
 
İstinye Üniversitetinin rektoru, professor Erdal Karaöz Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edərək bu birliyin təhsil və tibb sahəsində də yüksələn xətlə davam etdiyini qeyd edib. Rektor E.Karaöz qeyd edib ki, İstinye Universiteti 2015-ci ildə “21-ci Yüzyıl Anadolu” Vəqfi tərəfindən yaradılıb. 9 fakültəsi, 2 kollec və 3 institutu özündə birləşdirən İstiney Universiteti ATU ilə birgə əməkdaşlığın təməlini təşkil edəcək  məsələləri barədə təkliflərini səsləndrib. 
Görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri, tələbələrin inkişafına yönəlik layihələr, akademik heyət tərəfindən keçiriləcək qarşılıqlı master klasslar və s. haqqında geniş müzakirələr aparılıb.
 
Sonda sonunda Azərbaycan Tibb Universiteti ilə İstinye Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.  
 
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, LIV Hospitalının Azərbaycan üzrə kooordinatoru Afaq Əliyeva, Dr.Tural iştirak edirdilər. 
Daha sonra İstinye Universitetinin rektoru Erdal Karaöz ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Laboratoriyadan Klinikə doğru Kök Hüceyrə Uyğulamaları" mövzusunda mühazirə ilə çıxış edib.








Redaktorun seçimi