Gömrük Hospitalının həkimi Avropanın nüfuzlu təşkilatının regional təmsilçisi seçilib

Hit: 763
Gömrük Hospitalının həkimi Avropanın nüfuzlu təşkilatının regional təmsilçisi seçilib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva Avropa Koloproktoloji Dərnəyinin Şərq ölkələri üzrə regional təmsilçisi təyin edilib. Bu təyinata qədər Dr.Aynur Səfiyeva dərnəyin Azərbaycan üzrə ilk milli təmsilçisi olmuşdur. Hazırda o, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Əlaqələndirmə Şurasında İşçi Qrupun elmi katibi vəzifələrində çalışır.
 
Əminik ki, Dr.Aynur Səfiyeva bu məsul vəzifənin də öhdəsindən ləyaqətlə gələcək. Mərkəzi Gömrük Hospitalının kollektivi bu təyinatla həmkarımızı ürəkdən təbrik edir, bu işdə ona müvəffəqiyyətlər arzulayır!








Redaktorun seçimi