İctimai səhiyyə fakültəsində yeni növ təlimlərə start verilib

Hit: 672
İctimai səhiyyə fakültəsində yeni növ təlimlərə start verilib
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə “Həyatdan bir gün” adlı səhiyyə təşkili üzrə təlim keçirilib. Təlimdə xəstəxanaların qurulması prinsipləri; xəstəxanaların fövqəladə hallara hazırlanması; zərərçəkmiş şəxslərə, o cümlədən zvtomobil qəzalarında zərərçəkənlərə ilk tibbi yardım və digər mövzularda müzakirələr aparılıb.
 
Təlimin açılışında çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev gələcəyin həkimləri üçün bu mövzuda praktiki bacarıqlarının olmasının böyük əhəmiyyət kəsb etdiyini, bu baxımdan belə treninqlərin vacib olduğunu qeyd edib. Professor xatırladıb ki, indiyədək ölkəmizdə bu tip təlimlər keçirilmədiyinə görə, ATU-nun tələbələri ictimai səhiyyə üzrə bu cür təlimlərə yalnız xarici ölkələrdə qatıla bilirdilər. Buna görə də artıq belə mühüm mövzu üzrə treninqlərin ATU tərəfindən təşkil olunması və təlimçi qismində də yerli kadrların çıxış etməsi çox sevindirici haldır. 
 
Daha sonra ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dissertantı, Amerika Ürək Assosiasiyası tərəfindən təsdiqlənmiş təlimçi Qasım Əmrahlı mövzu ilə bağlı bir çox məsələlərdən danışıb. Təlim zamanı tibbi avadanlıqlardan rahat və sərbəst şəkildə istifadə etməklə verilən tapşırıqların dəqiq və düzgün yerinə yetirilməsinə diqqət olunub.
 
Təlimdə həmçinin xəstəxanaların fövqəladə hallarda restrukturizasiyası; SOP-ların yazılması; İlk tibbi yardım zamanı ilk öncə şəxsi təhlükəsizliyin qorunması prinsipləri; zərərçəkmişin vəziyyətinin düzgün qiymətləndirilməsi və qrup şəklində fəaliyyət növlərinin düzgün bölünməsi və ardıcıllığı; avtomobil qəzaları və digər hallarda zərərşəçmiş şəxsin ərazidən uzaqlaşdırılması; rəngli kodların aktivləşdirilməsi kimi məsələlərə diqqət yetirilib.
İctimai səhiyyə üzrə bu cür təlimlərin hər həftə keçirilməsi planlaşdırılır.








Redaktorun seçimi