Gömrük Hospitalının PZR laboratoriyası bayramı günlərində fəaliyyət göstərəcək

Hit: 910
Gömrük Hospitalının PZR laboratoriyası bayramı günlərində fəaliyyət göstərəcək
Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası bayramı günlərində vətəndaşlara koronavirus (COVID-19) testindən keçmək xidmətini göstərəcək. Belə ki, PZR laboratoriya 10, 11, 12, 13, 14 və 16 may tarixlərində səhər saat 09.00-dan saat 12.00-a qədər fəaliyyət göstərəcək. PZR  laboratoriya yalnız  9 və 15 may tarixlərində bağlı olacaq.
 
PZR testindən keçmək üçün qaydaları Sizə təqdim edirik:
1. PZR testindən keçmək istəyən vətəndaşlar Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə PZR testindən hər gün saat 12.00-a qədər keçə bilərlər. 
2. PZR testi üçün test verənin burundan və ağız boşluğundan yaxma götürülür. 
3. PZR testinin cavabı həmin gün saat 19.00-a qədər verilir.
4. PZR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir.
5. Aviabileti olan sərnişinlər yeni növ koronavirus (COVID-19) testindən keçmək üçün xarici pasport təqdim etməlidirlər. Qaydalara uyğun olaraq yalnız test nəticəsi neqativ olan sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava limanından uçuşlara buraxılır. Həmçinin, test nəticəsi ingilis dilində də təqdim oluna bilər.
PZR testin qiyməti 89 AZN təşkil edir. Ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə  zəng vurmaq mümkündür. 
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir. 
 
Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.








Redaktorun seçimi