5 May Dünya Əl Gigiyenası günüdür

Hit: 854
5 May Dünya Əl Gigiyenası günüdür
2008-ci ildən etibarən BMT-nin Baş Assambleyasının Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən hər il “Dünya təmiz əllər günü” (“Global Handwashing Day”) qeyd edilir. Bu gigiyena günü “Təmiz əllər dünyanı xilas edir” şüarı altında keçirilir. Həmin gün əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığının səviyyəsini yüksəltmək məqsədi daşıyır.
 
Əllərin təmiz saxlanması xəstəlik törədən mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün istifadə edilən ən sadə və effektiv addımdır.Virus və bakteriyaların törətdikləri bir çox xəstəliklər: respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, COVİD-19 xəstliyi məhz çirkli əllər vasitəsilə keçir. Mütəxəssislərin fikrincə, əllərdə və daha çox çirkli nəm əllərdə bir neçə milyondan yüzlərlə milyona qədər mikroorqanizm aşkarlanır.
 
Hazırda bütün dünyanı cənginə almış COVİD-19 infeksiyasına qarşı mübarizədə insanların başlıca silahı vaksinasiya ilə bərabər sanitar-gigiyenik qaydalara riayət edilməsidir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Ona görə də yadda saxlamaq lazımdır ki, təmiz əllər həm öz səhhətinizi, həm də yaxınlarınızın sağlamlığını qorumağa kömək edir.








Redaktorun seçimi