Azərbaycanlı alim tibb sahəsində tədqiqat işi ilə dünyada bir - İLKƏ imza atıb

Hit: 515
Azərbaycanlı alim tibb sahəsində tədqiqat işi ilə dünyada bir - İLKƏ imza atıb
Azərbaycanlı alim müəllifi olduğu elmi-tədqiqat işi ilə dünyada rəsmi olaraq bir ilkə imza atıb. Tədqiqatın preprint nəticələri dünyanın ən nüfuzlu nəşrlərindən olan "The Lancet" jurnalında dərc olunub.
 
Faktor.az xəbər verir ki, məqalənin müəllifi, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev bu barədə sosial şəbəkədə məlumat verib. O bildirib ki, "Imaging of Neurologically Symptomatic Patients after AZD1222 (Astrazeneca®) Vaccination – a Multicenter Study of 28 Cases" adlı tədqiqat işi AZD1222 (AstraZeneca®) peyvəndini alan şəxslərdən bəhs edir.
 
Preprint məqalənin müvəqqəti linki:
 
papers.ssrn.com








Redaktorun seçimi