Vaksinasiya uğurla həyata keçirilir

Hit: 498
Vaksinasiya uğurla həyata keçirilir

Kəlbəcər rayonunda yaşı 65-dən yuxarı və risk qrupuna daxil olan şəxslərin vaksinasiyası uğurla həyata keçirilir.

Koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 19 yanvar 2021-ci il tarixdən əhalinin vaksinləşmə prosesi həyata keçirilir.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaqdır. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
 
Kəlbəcər  rayonunda vaksinasiya işinin vaxtında və düzgün aparılması daima rayon rəhbərliyinin diqqət mərkəzindədir.Kəlbəcər rayon İcra Hakimiyyəti əhali arasında vakinasiyanın əhəmiyyəti haqqında maarifləndirici təbliğat işlərini aparır və bu işlər davam edir.
 
Beləliklə rayonumuzda  “Azərbaycan Respublikasında COVİD 19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq səhiyyə işçilərinin vaksinasiyası prosesi artıq başa çatmışdır. Fevral ayının 8-dən etibarən isə yaşı 65-dən yuxarı və risk qrupuna daxil olan şəxslərin vaksinasiyasına başlanılmışdır. Respublikamızın bütün bölgələrində olduğu kimi, Kəlbəcər  Rayon Mərkəzi Xəstəxanasında da, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi həyata keçirilir.
Rayon əhalisindən  xahiş olunur ki, Gəncə  şəhəri ərazisində və Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşmış, vaksinasiya üçün göstərilən yaş qrupuna daxil olan şəxslər Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına,  Respublikanın digər şəhər və rayonlarında yaşayan sakinlərimiz isə məskunlaşdıqları ərazidə fəaliyyət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.
 
Bundan əlavə sakinlərimiz əlavə olunmuş  linkdən onlayn randevu  götürə bilərlər.








Redaktorun seçimi